Rusiyadakı Krımskaya neft anbarına zərbələr endirilib
Müdafiə qüvvələri Rusiyadakı Krımskaya neft anbarına və nasos stansiyasına zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş Qərargah məlumat yayıb.
Donetsk və Zaporojye bölgələrindəki üç sursat anbarına, PUA idarəetmə mərkəzlərinə və düşmənin canlı qüvvəsinə də zərbələr endirilib. Tələfat və zərərin hesablanması aparılır.
19:20 11.04.2026
Oxunuş sayı: 62