Bu ölkədə benzin oğurluğu rekord həddə çatıb
İrandakı müharibə səbəbindən qiymətlərin kəskin artması fonunda Böyük Britaniyada sürücülər yanacaq oğurlamaqda getdikcə daha çox aktivləşirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Məlumata görə, hətta "Ferrari", "Aston Martin" və "Mercedes AMG GT" avtomobillərinin sahibləri də tez-tez bu üsula əl atırlar.
Nəşr bildirir ki, mart ayında Böyük Britaniyadakı 500 yanacaqdoldurma məntəqəsində oğurlanmış benzin və dizel yanacağının qiyməti 27% artaraq gündə 8300 funt sterlinqdən 10600 funt sterlinqə (11000-14000 dollar) çatıb.
03:40 12.04.2026
Oxunuş sayı: 50