Tramp administrasiyası İsraili Livandakı hücumları dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası rəsmi Təl-Əvivə müraciət edərək, Livandakı hərbi əməliyyatları dayandırmağı xahiş edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Bu müraciətin gələn həftə baş tutacaq mühüm danışıqlar ərəfəsində gərginliyi azaltmaq məqsədi daşıdığı bildirilir. Vaşinqtonun bu addımı bölgədə diplomatik həll yollarının axtarılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.
Turqut Ansari
12:33 11.04.2026
Oxunuş sayı: 54