Hörmüzdə minalar barədə ciddi iddialar ortaya çıxdı
ABŞ tərəfinin bildirdiyinə görə, Hörmüz boğazı xaotik şəkildə minalanıb; bəzi minalar qeydə alınmayıb və hazırda dreyf edə bilər (suyun axını ilə yerini dəyişir).
Crossmedia.az bu barədə The New York Times nəşrinə istinadən məlumat verir.
Minaların dəqiq sayı və yerləşməsi məlum deyil, ABŞ hərbçilərinin isə ərazini sürətlə minalardan təmizləmək üçün kifayət qədər vəsaiti yoxdur.
İranın xarici işlər naziri Abbas Araqçi boğazın "texniki məhdudiyyətlər nəzərə alınmaqla" açılacağını bəyan edib. Vaşinqtonda hesab edirlər ki, nazirin qeyd etdiyi "texniki məhdudiyyətlər" məhz minaların təmizlənməsi ilə bağlı yaranan problemlərdir.
Turqut Ansari
12:24 11.04.2026
Oxunuş sayı: 54