Xameneyi ilə bağlı ŞOK İDDİALAR
İranın ali dini rəhbəri Müctəba Xameneyi, cari münaqişənin əvvəlində atası Əli Xameneinin həlak olduğu hava hücumu zamanı aldığı ağır üz və ayaq xəsarətlərindən sonra bərpa olunmağa çalışır.
Crossmedia.az "Reuters" agentliyinin mənbələrinə istinadən məlumat verir ki, 56 yaşlı liderin üzü Tehrandakı iqamətgaha edilən hücum zamanı ciddi şəkildə tanınmaz hala düşüb. ABŞ kəşfiyyatı isə onun ayaqlarından birini itirdiyini ehtimal edir.
Fiziki xəsarətlərinə baxmayaraq, Xameneyinin ətrafı onun zehni fəaliyyətinin yerində olduğunu bildirir. Məlumata görə, o, dövləti audiorabitə vasitəsilə idarə edir və kritik məsələlərin, o cümlədən ABŞ ilə İslamabadda aparılan sülh danışıqlarının müzakirəsində fəal iştirak edir.
Turqut Ansari
11:57 11.04.2026
Oxunuş sayı: 400