Trampdan Hörmüz boğazı ilə bağlı SƏRT AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı tezliklə açılacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp qeyd edib ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır. Onun sözlərinə görə, İranla keçiriləcək gələcək danışıqlarda əsas tələb Tehranın nüvə silahı əldə etməməsi olacaq.
Tramp həmçinin vurğulayıb ki, Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi və sərbəst hərəkətinin təmin olunması prioritet məsələlərdən biridir.
11:26 11.04.2026
Oxunuş sayı: 79