“Orion” kosmik gəmisi Sakit okeana uğurla eniş edib
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) həyata keçirdiyi “Artemis II” missiyası uğurla tamamlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Missiyanı yerinə yetirən Orion kosmik gəmisi Yerə uğurla qayıdaraq Sakit okeana eniş edib. Eniş Kaliforniyanın San Diego sahilləri yaxınlığında baş tutub.
Kosmonavtlar paraşütlərin köməyi ilə okeana eniş etdikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi tərəfindən təhlükəsiz şəkildə götürülüblər.
Missiya NASA tərəfindən insanlı Ay proqramı çərçivəsində növbəti mərhələ kimi qiymətləndirilir.
11:06 11.04.2026
Oxunuş sayı: 81