1400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
İsrail ordusu müharibənin başlanmasından bəri həyata keçirilən əməliyyatlar nəticəsində 1400-dən çox Hizbullah üzvünün məhv edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ordunun yaydığı məlumatda qeyd olunur ki, bu göstərici İsrailin Livan sərhədində və bölgədə apardığı hərbi əməliyyatlar çərçivəsində əldə olunub.
Açıqlamada əlavə detallar və əməliyyatların dəqiq coğrafiyası barədə məlumat verilməyib.
10:55 11.04.2026
Oxunuş sayı: 73