Trampla danışıqdan sonra İsrail Livan siyasətini dəyişib
ABŞ Prezidenti Donald Trampla aparılan telefon danışığından sonra İsrailin Baş naziri Benyamin Netanyahu Livana qarşı zərbə siyasətində dəyişiklik edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bundan sonra Beyrutda həyata keçirilən hər bir zərbə, hətta Netanyahunun şəxsi təsdiqindən keçsə belə, əlavə xüsusi təsdiq proseduruna tabe tutulur.
Qeyd olunur ki, rəsmi atəşkəs elan edilməsə də, İsrailin hücumlarının intensivliyi azalıb və əməliyyatlar daha sərt siyasi nəzarət altına keçirilib.
09:27 11.04.2026
Oxunuş sayı: 60