Putin nüfuzunu itirir
Rusiya prezidenti Vladimir Putinin reytinqi müharibənin başlanğıcından bəri ən aşağı səviyyəyə enib.
Crossmedia.az bu barədə Rusiya mediasına istinadən məlumat verir.
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) məlumatına görə,martın 30-u-aprelin 5-i tarixlərini əhatə edən sorğunun nəticələrinə əsasən, Putinin fəaliyyətinə dəstək səviyyəsi 67,8 faizə düşüb.
Bu göstərici əvvəlki nəticə ilə müqayisədə 2,3 faiz bəndi azdır və 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri ən aşağı səviyyə hesab olunur.
Belə ki, fevralın 24-dən sonra reytinq indiyədək 70 faizdən aşağı enməmişdi. Prezidentə etimad səviyyəsində də azalma qeydə alınıb və bu göstərici 73,8 faiz təşkil edib.
Turqut Ansari
21:05 10.04.2026
Oxunuş sayı: 58