Avropada yay turizmi uğursuz ola bilər- Səbəb açıqlandı
Avropa aviasiya yanacağı çatışmazlığı ilə üzləşir və bu da yay turizm mövsümünü şübhə altına alır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Məlumata görə, bir sıra ölkələrdə kerosin ehtiyatları cəmi 8-10 gün ərzində tükənə bilər. Mövcud həcmlər, hətta Fars körfəzindən gələn son tədarükləri nəzərə alsaq belə, yalnız mayın ikinci və ya üçüncü ongünlüyünə qədər davam edə bilər.
Avropa strukturlarındakı mənbələr qeyd edirlər ki, yalnız iki ölkənin 90 günlük ehtiyatı var, əksəriyyəti isə böhrana bir aydan çox davam gətirə bilməyəcək.
Bəzi ölkələrdə, xüsusən də Şərqi Avropada vəziyyət daha da kritikdir - orada ehtiyatlar iki həftədən az müddətdə tükənə bilər.
Nəşrin məlumatına görə, bəzi hava limanları artıq təyyarələrin yanacaq doldurulmasına məhdudiyyətlər tətbiq edir və ya müntəzəm uçuşlara üstünlük verir, özəl uçuşlara xidmət göstərməkdən imtina edir. May həlledici ola bilər.
00:30 11.04.2026
Oxunuş sayı: 56