Tuluz Azərbaycan Evində səyyar konsulluq xidməti təşkil edilib
Fransanın Tuluz şəhərindəki Azərbaycan Evində Tuluz və ətraf bölgələrdə yaşayan azərbaycanlılar üçün növbəti səyyar konsulluq xidməti təşkil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Xidmət zamanı soydaşlarımızın pasportlarının yenilənməsi üzrə müraciətlər qəbul edilib, sənədlərin hazırlanması üçün zəruri prosedurlar yerinə yetirilib. Bununla yanaşı, konsulluq məsələləri ilə bağlı müraciətlərə baxılıb, hüquqi prosedur qaydaları barədə suallar operativ şəkildə cavablandırılıb.
Soydaşlarımız səyyar konsulluq xidmətinin təşkilini yüksək qiymətləndirərək, bu kimi təşəbbüslərin Azərbaycan icmasının işlərini asanlaşdırdığını bildiriblər.
17:07 10.04.2026
Oxunuş sayı: 49