Zelenski Donbasın əhəmiyyətindən danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın regiona marağının səbəblərini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Donbas Ukrayna üçün strateji baxımdan mühüm əhəmiyyət daşıyır. O bildirib ki, bölgədə yerləşən sənaye şəhərləri və güclü istehkamlar üzərində nəzarət əldə etmək, daha böyük ərazilərə çıxışı asanlaşdırır.
Prezident qeyd edib ki, bu ərazilər ələ keçirildiyi halda, qarşı tərəf üçün regional mərkəzlərə doğru irəliləmək daha rahat olacaq.
“O, sənaye şəhərlərimizi və istehkamlarımızı ələ keçirdikdən sonra qalan tək şey açıq sahələr və düz yollar olacaq”, – deyə Zelenski vurğulayıb.
Ukrayna rəhbərliyi Donbas uğrunda mübarizənin ölkənin müdafiəsi baxımından həlledici olduğunu bildirir.
15:28 10.04.2026
Oxunuş sayı: 45