Çin liderindən Tayvanla bağlı sərt mesaj
Çin Xalq Respublikasının sədri Si Cinpin Tayvanın müxalifət lideri ilə görüş zamanı Pekinin mövqeyini bir daha qəti şəkildə ifadə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Si Cinpin bildirib ki, Çin “heç bir halda” Tayvanın müstəqilliyinə icazə verməyəcək. Onun sözlərinə görə, bu cür təşəbbüslər Tayvan boğazında sabitliyi və sülhü ciddi şəkildə təhdid edir.
Çin lideri vurğulayıb ki, Pekin “yenidən birləşmə” siyasətində israrlıdır və Tayvanla materik Çin arasında yaşayan insanların “bir ailə” olduğunu hesab edir.
Rəsmi Pekin uzun müddətdir ki, Tayvanı öz ərazisinin ayrılmaz hissəsi kimi görür və bu istiqamətdə siyasi mövqeyini dəyişməyəcəyini bəyan edir.
15:20 10.04.2026
Oxunuş sayı: 46