İranla bağlı Hörmüz boğazı iddiası: tankerlərdən ödəniş alındığı bildirilir
İranlı siyasi analitik Seyid Məhəmməd Mərəndi ABŞ Prezidenti Donald Trampın sosial şəbəkə paylaşımına münasibət bildirərək, Hörmüz boğazı ilə bağlı yayılan məlumatların doğru olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Onun sözlərinə görə, Hörmüz boğazından keçən bəzi gəmilər və neft tankerləri son dövrlərdə rüsum ödədikdən sonra keçid imkanına sahib olublar. Mərəndi bildirib ki, dünəndən etibarən məhdud sayda tankerə ödəniş qarşılığında boğazdan keçməyə icazə verilib.
Məsələ ilə bağlı prezident Donald Tramp daha əvvəl sosial media hesabında İranın Hörmüz boğazından keçən neft tankerlərindən ödəniş tələb etməsi barədə məlumatların mövcud olduğunu iddia etmişdi.
Qeyd edək ki, bu açıqlamalar rəsmi təsdiqlənmiş dövlət bəyanatı deyil və tərəflər arasında müzakirə olunan iddialar kimi qiymətləndirilir.
14:25 10.04.2026
Oxunuş sayı: 53