Şengendə pasport damğası ləğv edildi
Bu gündən etibarən Şengen zonasında pasportlara damğa vurulması dövrü başa çatır və tam rəqəmsal qeydiyyat sistemi tətbiq olunur. Yeni qaydalara əsasən, sərhəddən giriş-çıxışlar artıq rəqəmsal sistem üzərindən izləniləcək. Səyahətçilər zonaya ilk dəfə daxil olarkən onlardan barmaq izi alınacaq və üz tanıma qeydiyyatı aparılacaq.
Crossmedia.az xarici mediaya istinad edərək xəbər verir ki, ən mühüm dəyişikliklərdən biri də odur ki, xarici vətəndaşların 180 gün ərzində 90 gün qalma müddəti artıq avtomatik hesablanacaq və müddəti aşanlar sistem tərəfindən dərhal aşkar ediləcək. Toplanılan biyometrik məlumatlar isə təhlükəsizlik məqsədilə 3 il müddətində sistemdə saxlanılacaq.
Vaqif Əhmədzadə
12:35 10.04.2026
Oxunuş sayı: 78