Qalibaf: Livan və müttəfiqləri atəşkəsə sadiqdirlər
İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf bildirib ki, Livan və İrana bağlı qüvvələr rəsmi şəkildə atəşkəs razılaşmasına daxil olub və bu rejimə sadiqlik nümayiş etdirirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Livan və bölgədəki müttəfiq qruplar atəşkəsin qorunmasında iştirak edir və bu prosesin ayrılmaz hissəsidir. Qalibaf vurğulayıb ki, atəşkəsin pozulması halında sərt cavab tədbirləri görüləcək.
Eyni zamanda, Pakistanın baş naziri Şahbaz Şərif də bu məlumatı təsdiqləyərək atəşkəsin əhəmiyyətinə diqqət çəkib.
10:33 10.04.2026
Oxunuş sayı: 54