Pakistanın müdafiə naziri İsrailə qarşı sərt bəyanatla çıxış edib
Pakistanın müdafiə naziri Xacə Asif İsrailin regiondakı hərbi əməliyyatlarını kəskin tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “X” sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, İsrailin fəaliyyəti bəşəriyyət üçün təhlükə yaradır. Nazir qeyd edib ki, İslamabadda sülh danışıqları aparıldığı bir vaxtda Livanda ağır humanitar vəziyyət yaşanır.
Asifin sözlərinə görə, Qəzza zolağı ilə başlayan hərbi əməliyyatlar daha sonra İran və Livan ərazilərinə yayılıb və nəticədə çoxsaylı mülki şəxslər həyatını itirib.
Nazir beynəlxalq ictimaiyyəti regionda artan gərginliyə diqqət yetirməyə çağırıb və davam edən zorakılıqların dayandırılmasının vacibliyini vurğulayıb.
10:28 10.04.2026
Oxunuş sayı: 600