İran: Uran zənginləşdirilməsinin qarşısını almaq mümkün deyil
İranın vitse-prezidenti, eyni zamanda Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami İranın uran zənginləşdirmə proqramının dayandırılmasının mümkün olmadığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O bildirib ki, Tehranın rəqibləri heç vaxt İranın uran zənginləşdirmə prosesinin qarşısını ala bilməyəcəklər.
“İranın uran proqramını məhdudlaşdırmaq cəhdləri boş xəyallardır və nəticəsiz qalacaq”, – deyə Eslami vurğulayıb.
İran rəsmisi həmçinin ABŞ və Israilin İrana qarşı göstəridiyi təzyiqlərin və “aqressiv siyasətin” nəticə vermədiyini bildirib. Onun sözlərinə görə, hazırda həmin ölkələr diplomatik danışıqlar vasitəsilə Tehrandan güzəştlər əldə etməyə çalışırlar.
09:24 10.04.2026
Oxunuş sayı: 48