Netanyahu Livanla danışıqlarla bağlı göstəriş verdi - Təcili
İsrail baş naziri Benjamin Netanyahu hökumətə dərhal Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, qərar Livan tərəfinin sorğularına cavab olaraq verilib.
Əsas müzakirə mövzuları arasında Hizbullahın hərbi potensialının aradan qaldırılması və ikitərəfli münasibətlərin normallaşdırılması yer alır.
09:06 10.04.2026
Oxunuş sayı: 46