Rutte: Ukraynanın NATO-ya qəbulu yaxın gələcəkdə ehtimal olunmur
Ukraynanın NATO-ya qəbulu yaxın gələcəkdə ehtimal olunmur.
Crossmedia.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
Onun sözlərinə görə, Almaniya, Slovakiya, Macarıstan və ABŞ də daxil olmaqla bir neçə ölkə buna qarşı çıxır.
"Düşünmürəm ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi qısa müddətdə həll olunsun. Düşünmürəm ki, bu, tezliklə siyasi cəhətdən baş verəcək - bu, mənim ədalətli qiymətləndirməmdir", - deyə o bildirib.
23:58 09.04.2026
Oxunuş sayı: 43