Köçəryanın tərəfdarları onu tək qoyur
Robert Köçəryanın baş nazirliyə namizədliyini dəstəkləməyəcəm.
Crossmedia.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının (ÇEP) lideri Qaqik Tsarukyan jurnalistlərə bildirib.
Tsarukyandan seçkilərdən sonra hakimiyyət dəyişikliyi bundan asılı olarsa, ikinci prezidentin "Ermənistan" bloku da daxil olmaqla digər müxalifət qüvvələri ilə birləşməyə hazır olub-olmadığı soruşulub.
"Əgər Köçəryanın baş nazir olması gözlənilirsə, yox", - deyə o cavab verib.
ÇEP lideri ,həmçinin partiyanın baş nazirliyə namizədinin adını çəkməkdən imtina edib və yalnız dörd namizədinin olduğunu əlavə edib. O, özü də baş nazir vəzifəsini hədəfləmir.
O, həmçinin keçmiş liderlərin hakimiyyətə gəlməsini dəstəkləmir.
19:40 09.04.2026
Oxunuş sayı: 51