Pezeşkian: Əlimiz tətikdədir
İran prezidenti Məsud Pezeşkian İsrailin Livana qarşı davam edən hücumlarını sərt tənqid edib və bunun atəşkəs razılaşmasının açıq şəkildə pozulması olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, o, özünün “X” hesabında paylaşım edib.
“Sionist rejimin Livana qarşı təkrarlanan təcavüzü ilkin atəşkəs razılaşmasının kobud şəkildə pozulması, aldatmanın və potensial razılaşmalara sadiqliyin olmamasının təhlükəli göstəricisidir.
Bu təcavüzlərin davam etməsi danışıqları mənasız edəcək; əllərimiz tətikdə qalacaq və İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək”, - deyə, Pezeşkian vurğulayıb.
19:35 09.04.2026
Oxunuş sayı: 42