Kadırov Çeçenistan bölmələrinin İrana göndərilməsi ehtimalını inkar etdi
Çeçenistan rəhbəri Ramzan Kadırov İran Silahlı Qüvvələrini dəstəkləmək məqsədi ilə Çeçenistan bölmələrinin İrana göndərilməsi ehtimalını rədd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kadırov “Telegram” kanalında paylaşım edib.
O bildirib ki, belə bir addım yalnız İranın münaqişədə yalnız ABŞ və İsrailə qarşı döyüşməsi halında mümkün ola bilərdi.
“Əgər İran yalnız ABŞ və İsrailə qarşı döyüşsəydi, bu, çox yaxşı baş verə bilərdi. Amma onlar həm də qardaşlarımıza hücum edirlər”, – deyə, o, qeyd edib.
“Şübhəsiz ki, mən şəxsən İranı dəstəkləyirəm, ancaq bir “amma” ilə: İranın Körfəz ölkələrindəki mülki hədəflərə və infrastrukturlara zərbələrini dəstəkləmirəm. Münaqişədə üçüncü ölkələrdəki mülki şəxslərin günahsız qurbanlara çevrilməsini görməkdən narazıyam”, – deyə Kadırov bildirib.
19:30 09.04.2026
Oxunuş sayı: 46