Ermənistana gedən turistlərin sayı artıb
2026-cı ilin yanvar-mart ayları arasında Ermənistana gələn turistlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə çox olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki,bu barədə Turizm Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin ilk üç ayında ölkəyə 453.138 nəfər gəlib ki, bu da əvvəlki illə (383.127) müqayisədə 70.011 nəfər çoxdur.
Rusiya gələnlərin sayına görə lider olaraq qalır.
Ermənistana 178.321 nəfər gəlib ki, bu da ümumi turist axınının təxminən 40%-ni təşkil edir. Gürcüstan 67.131 turistlə (15%) ikinci, İran isə 34.960 ziyarətçi ilə (8%) üçüncü yerdədir.
Ukrayna və Çin də ilk beş ölkəni tamamlayır: bu ölkələrdən Ermənistana müvafiq olaraq 6.775 (2%) və 6.120 (1.35%) gəlib.
Turistlərin əksəriyyəti - 63%-i - Zvartnots Beynəlxalq Hava Limanı vasitəsilə hava yolu ilə gəlib. Quru sərhəd keçid məntəqələri arasında Baqrataşen keçid məntəqəsi ən yüksək sərnişin axınına (17%), Ayrum keçid məntəqəsi isə ən aşağı göstəriciyə (1%) malikdir.
Ən aktiv ziyarətçi kateqoriyası 35-44 yaş arası olanlardır. Turistlərin ən kiçik nisbəti 13-17 yaş arası yeniyetmələr və 65 yaşdan yuxarı vətəndaşlardır.
03:30 09.04.2026
Oxunuş sayı: 55