Mərkəzi Bank “Rabitəbank”a məcburi sərəncam verib
Azərbaycan Mərkəzi Bankı “Rabitəbank ASC” ilə bağlı icrası məcburi sərəncam verilməsi barədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, bank tərəfindən kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması faktı ilə bağlı Mərkəzi Banka yazılı bildiriş təqdim edilməyib. Bu isə “Banklar haqqında” qanunun 25.1.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Bununla əlaqədar olaraq, qanunun 47-ci maddəsi rəhbər tutulmaqla, Mərkəzi Bank tərəfindən “Rabitəbank” ASC-yə müvafiq sahədə daxili prosedurların təkmilləşdirilməsi və oxşar halların gələcəkdə təkrarlanmaması üçün icrası məcburi sərəncam verilib.
Qərar bank sektorunda nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyır.
15:32 07.04.2026
Oxunuş sayı: 42