ABŞ və İsrail İranda genişmiqyaslı hava hücumları həyata keçirib
Gecə saatlarında ABŞ və İsrail hava qüvvələri İranın ən böyük şəhərlərinə qarşı genişmiqyaslı hava zərbələri endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücumlar bir sıra strateji obyektləri əhatə edib. Xüsusilə paytaxt Tehran və ətraf ərazilərdə güclü partlayış səslərinin eşidildiyi bildirilir.
İlkin məlumatlara əsasən, Tehranın qərb hissəsində yerləşən obyektlərə, ehtimal ki, yanacaq çənlərinə dəyən zərbələr nəticəsində yanğınlar baş verib.
Hadisənin detalları və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hücumların bölgədə onsuz da yüksək olan gərginliyi daha da artıracağı ehtimal olunur.
10:15 07.04.2026
Oxunuş sayı: 54