Pakistanın neft ehtiyatları cəmi 12 günə çata bilər
Pakistanın Maliyyə Nazirliyi ölkədə mövcud neft ehtiyatlarının təxminən 12 gün ərzində kifayət edəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, hazırkı vəziyyətə baxmayaraq, ölkədə fəaliyyət göstərən neft emalı zavodları optimal səviyyədə işləməyə davam edir.
Rəsmi qurumlar ehtiyatların məhdudluğu fonunda enerji təminatının davamlılığını qorumaq üçün əlavə tədbirlərin nəzərdən keçirildiyini bildirir.
09:57 07.04.2026
Oxunuş sayı: 41