Epşteyn sağdır...
Amerikalı maliyyəçi və saysız-hesabsız cinayətlərdə ittiham olunan Ceffri Epşteynin sağ olduğu iddia edilir.
Crossmedia.az -ın məlumatına görə, “RİA Novosti”yə müsahibəsində İlon Maskın atası Errol Mask bildirib ki, Epşteynin ölməsi ilə bağlı rəsmi versiya həqiqəti əks etdirmir: “O, dəqiq sağdır. Epşteyn ölməyib. Bununla bağlı heç bir şübhə yoxdur”.
Errol Mask 2019-cu ildə həbsxana kamerasında baş verdiyi deyilən intihar hadisəsinin şübhəli məqamlarına da diqqət çəkib. Onun sözlərinə görə, hadisə zamanı müşahidə kameralarının işləməməsi və mühafizəçilərin yatması suallar doğurur.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kameralardan birinin görüntülərində 62 saniyəlik hissə – 23:58:58-dən 00:00:00-a qədər olan vaxt aralığı yoxdur. Bu hal köhnə videomüşahidə sistemində avtomatik silinmə ilə izah olunub.
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə ABŞ-də azyaşlıların istismarı məqsədilə alverində və onları fahişəliyə cəlb etmək üçün sui-qəsddə ittiham olunmuşdu. Onun ölümü ilə bağlı rəsmi versiya bu gün də mübahisələr doğurur.
Bundan əvvəl İlon Mask da Epşteyn işi ilə bağlı “etibarlı məlumatları” açıqlayan şəxslərin hüquqi müdafiəsini maliyyələşdirməyə hazır olduğunu bildirib.
Fatimə Məmmədova
00:00 07.04.2026
Oxunuş sayı: 1216