Rusiya XİN Baltikyanı ölkələrə xəbərdarlıq edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Baltikyanı ölkələrə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Ukraynaya aid dronların hava məkanına buraxılmasına yol verdiklərinə görə bu dövlətlər artıq müvafiq xəbərdarlıqlarla qarşılaşıblar.
Zaxarova əlavə edib ki, Baltikyanı hakimiyyət orqanları ağlabatan yanaşma nümayiş etdirərsə, siqnallara qulaq asacaqlar.
Əks halda isə cavab tədbirləri ilə üzləşəcəklər.
21:48 06.04.2026
Oxunuş sayı: 47