SEPAH-ın "Qüds" qoşunları xüsusi təyinatlılarının komandiri öldürülüb
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qoşunları xüsusi təyinatlılarının komandiri Əsger Baqeri öldürülüb.
Crossmedia.az xəbər verir ki, məlumatı "iranwire.com" yayıb.
Bildirilib ki, SEPAH-ın "Bölmə 840" kimi tanınan xüsusi təyinatlı bölməsinin komandiri Əsgər Baqeri ABŞ və İsrailin Tehrana endirdiyi hava zərbəsi nəticəsində ölüb.
Məlumata görə, Ə.Baqeri 2019-cu ildən bu bölməyə komandanlıq edib. Son illərdə İsrail və ABŞ hədəflərinə qarşı əməliyyatların planlaşdırılmasında, idarə edilməsində iştirak edib.
İsrail Müdafiə Ordusunun iddiasına əsasən, o, Suriya və Livan ərazisindən İsrailə qarşı hərbi əməliyyatların məsullarından olub.
21:45 06.04.2026
Oxunuş sayı: 45