Bəhreyn və BƏƏ BMT-dən Hörmüz boğazı üçün hərbi addım istəyir
Bəhreyn və BƏƏ BMT-ni Hörmüz boğazını açmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, körfəz ölkələri humanitar və iqtisadi böhranın qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasından hərbi güc tətbiqinə icazə verən qətnamə qəbul etməsini tələb edirlər.
Qeyd edilir ki, əvvəlki qətnamə layihəsində ABŞ və Körfəz ölkələrinin dəstəyi ilə hərbi güc tətbiqinə icazə verən daha sərt ifadələr yer alıb.
14:57 06.04.2026
Oxunuş sayı: 47