SEPAH-ın yüksək rütbəli rəsmisi öldürülüb
Bu gün İranın elit hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)-ın Kəşfiyyat Təşkilatının rəhbəri general Seyid Məcid Xademinin öldürüldüyü bildirilir.
Crossmedia.az bu barədə "Tasnim" ə istinadən xəbər verir.
Bildirilir ki, general səhər saatlarında ABŞ və İsrailin həyata keçirdiyi iddia edilən hava hücumları nəticəsində həlak olub.
SEPAH tərəfindən yayılan rəsmi bəyanatda qeyd olunub ki, Xademi uzun illər ərzində ölkənin kəşfiyyat və təhlükəsizlik strukturlarında mühüm rol oynayıb.
Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
14:50 06.04.2026
Oxunuş sayı: 46