Bakıda su basmış yerlər təmizlənir, Keşlədə 58 nəfər təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.
Crossmedia.az FHN-ə istinadən xəbər verir ki, hazırda Bakı şəhərinin Xəzər, Sabunçu, Nizami, Binəqədi, Səbail və Qaradağ rayonlarında, həmçinin Abşeron rayonu və Bakı-Sumqayıt yolundakı su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.
Bundan əlavə, Keşlə qəsəbəsində ümumilikdə 58 nəfər vətəndaş təxliyə edilib.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.
13:25
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə Crossmedia.az-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri hazırda davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.
15:35 05.04.2026
Oxunuş sayı: 54