Mediaya böyük zərbə – jurnalistlər hədəfdə
İranda məhkəmə qərarı ilə 100-dən çox jurnalistin bank hesabları dondurulub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qərar "düşmən və düşməni dəstəkləyən media qurumları" ilə əlaqəli şəxslərə qarşı genişmiqyaslı tədbirlər çərçivəsində qəbul edilib.
Məlumata əsasən, siyahıya media menecerləri, jurnalistlər, media fəalları, eləcə də bəzi ictimai şəxslər daxildir. Onların aktivlərinin müsadirəsi və maliyyə resurslarının dondurulması nəzərdə tutulur.
Qərar "milli təhlükəsizliyin qorunması" və "casusluğa qarşı mübarizə" qanunları ilə əsaslandırılıb.
15:20 05.04.2026
Oxunuş sayı: 65