Afqan Sadıqov Gürcüstandan deport edilib
Tbilisi Şəhər Məhkəməsi Afqan Sadıqovu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə təqsirli bilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, o, sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2000 lari cərimələnib.
Məhkəmə həmçinin onun ölkədən deportasiya olunmasına və Gürcüstana girişinin 3 il müddətinə qadağan edilməsinə qərar verib. Qərar zamanı A. Sadıqovun əvvəllər 62 dəfə inzibati məsuliyyətə cəlb olunduğu da nəzərə alınıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin müvəqqəti tədbirləri səbəbindən əvvəllər ekstradisiya prosesi dayandırılsa da, cinayət təqibinin dayandırılmasından sonra prosedurlar yekunlaşdırılıb.
13:50 05.04.2026
Oxunuş sayı: 58