İsfahanda iki PUA məhv edildi
İran ordusu İsfahan bölgəsində iki pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hava məkanına daxil olan PUA-lar vaxtında aşkar edilərək zərərsizləşdirilib. Hadisə ilə bağlı əlavə detallar açıqlanmasa da, təhlükəsizlik qüvvələrinin vəziyyəti nəzarətdə saxladığı bildirilib.
Rəsmi qurumlar insidentin səbəbləri və PUA-ların mənsubiyyəti ilə bağlı hələlik əlavə məlumat verməyib.
12:36 05.04.2026
Oxunuş sayı: 68