Kəmaləddin Heydərov sürüşmə sahəsinə gedib
Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Aprelin 5-i səhər saatlarında Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.
Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.
14:40 05.04.2026
Oxunuş sayı: 54