İran Bəhreyndə enerji obyektinə hücum edib
İran Bəhreyndə dövlətə məxsus Bapco Energies enerji şirkətinin obyektlərinə dron hücumu həyata keçirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Məlumata görə, hücumda təxminən 6 drondan istifadə olunub. Nəticədə yanacaq çənlərindən biri zədələnib və ərazidə güclü yanğın baş verib.
Bəhreynin əsas enerji şirkəti olan Bapco Energies ölkənin neft və qaz hasilatı və ixracında mühüm rol oynayır.
15:00 05.04.2026
Oxunuş sayı: 51