İran–Şimali Koreya hərbi əməkdaşlığı ilə bağlı iddialar
İranın ballistik raket ehtiyatının əhəmiyyətli hissəsi birbaşa satınalma yolu ilə əldə olunub və ya bu raketlərin istehsalında Şimali Koreyanın texnoloji dəstəyi olub.
Crossmedia.az bu barədə "Fox News"ə istinadən xəbər verir.
Bildirilib ki, ABŞ-nin Dieqo Qarsiya hərbi bazasına atılan bəzi raketlərin hələ 2005-ci ildə Şimali Koreyadan alındığı iddia olunur.
Məlumatda qeyd edilir ki, İranın Körfəz ölkələrinə qarşı istifadə etdiyi qısa mənzilli ballistik raketlər (SRBM) “QIAM” sisteminə əsaslanır və bu sistemin inkişafında da Pxenyanın rolu olduğu vurğulanır. Eyni zamanda, Şimali Koreyanın İranı artilleriya sistemləri ilə də təmin etdiyi bildirilir.
İddialara əsasən, Pxenyan Tehrana uranın zənginləşdirilməsi və ballistik raketlərin uçuş məsafəsinin artırılması istiqamətində dəstək verir.
Qeyd olunur ki, Şimali Koreya silah sistemlərinin komponentlərini hazırlayır, İran isə bunun qarşılığında əsasən nağd pul, ərzaq və neftlə ödəniş edir. Mənbə həmçinin bildirir ki, Pxenyan İranın azalan silah ehtiyatlarını bərpa etmək üçün dəstəyini davam etdirir.
20:35 05.04.2026
Oxunuş sayı: 53