İranın müdafiə sistemində yeni üsul aşkarlandı
İranda hava hücumundan müdafiə (HHM) sistemlərinin yeni texnoloji xüsusiyyətləri üzə çıxarılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə və Təhlükəsizlik Forumu rəhbəri Amir Avivi açıqlama verib.
Onun sözlərinə görə, İran HHM sistemləri hədəfləri aşkar etmək və zərbə endirmək üçün çoxspektrli kameralar texnologiyasından istifadə edir. Bildirilir ki, bu kameralar ABŞ və İsrailə məxsus hərbi təyyarələri izləmək imkanına malikdir.
Qeyd olunub ki, sözügedən sistemlər radarlar kimi siqnal ötürmədiyi üçün onların yerini müəyyən etmək çətinləşir. Bu isə İsrail tərəfinin həmin qurğuları aşkarlayıb zərərsizləşdirməsini xeyli mürəkkəbləşdirir.
14:00 05.04.2026
Oxunuş sayı: 59