İranın nəhəng neft-kimya kompleksi fəaliyyətini dayandırdı
İsrailin hücumları İranın Mahşəhr şəhərində yerləşən ən böyük neft-kimya kompleksində istehsalı faktiki olaraq dayandırıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir. İran Neft Nazirliyinin rəsmilərinin məlumatına görə, hücumlar zavodu qaz, elektrik və sənaye suyu ilə təmin edən "Fəcr 1" və "Fəcr 2" xidmət stansiyalarına ciddi ziyan vurub.
Nəticədə kompleksin fəaliyyəti ciddi şəkildə pozulub. Rəsmilər bildirirlər ki, infrastrukturun bərpası və istehsalın tam bərpası bir neçə il çəkə bilər.
15:30 05.04.2026
Oxunuş sayı: 64