Premyer Liqa: Bu gün turnir cədvəlində qonşu komandalar üz-üzə gələcək
Misli Premyer Liqasında XXVI tura bu gün keçiriləcək iki görüşlə start veriləcək.
Crossmedia.az xəbər verir ki, birinci oyun günündə turnir cədvəlində qonşu olan komandalar qarşılaşacaqlar.
İlk matçda "Kəpəz" və "Qəbələ" kollektivləri üz-üzə gələcəklər.
Aşağı pillələri yaxından maraqlandıran qarşılaşma Yevlax şəhər stadionunda baş tutacaq. Görüş saat 15:30-da başlayacaq.
Mövsümün ilk iki dövrəsində tərəflər hərəyə 1 dəfə qələbə qazanıblar. 21 xalla 10-cu pillədə qərarlaşan "Kəpəz", 16 xalla 11-ci sırada yer alan "Qəbələ"ni məğlub edəcəyi təqdirdə, elitadakı yerini böyük ölçüdə təmin etmiş olacaq.
İkinci görüşdə isə "Sumqayıt" və "Neftçi" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Sonuncu qələbəsini 7 tur əvvəl qazanan "gənclik şəhəri" təmsilçisi Sumqayıt şəhər stadionunda avrokuboklara iddia edən Bakı kollektivini üstələməyə çalışacaq. Bu matç saat 18:00-da start götürəcək.
"Neftçi" və "Sumqayıt" komandaları müvafiq olaraq 6 və 7-ci pillələrdə yer alıblar. "Ağ-qaralar"ın 37, Sumqayıt kollektivinin isə 32 xalı var.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
5 aprel
15:30. "Kəpəz"– "Qəbələ"
Hkimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu
18:00. "Sumqayıt" – "Neftçi"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.
09:33 05.04.2026
Oxunuş sayı: 67