Türküstanda “Qardaşlaşmış şəhərlər Türküstan və Şuşa” adlı tədbir keçirilib
“Memarlıq və şəhərsalma ili” çərçivəsində Qazaxıstanın Türküstan vilayətində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Qarabağ” Etnomədəni Birliyinin təşkilatçılığı ilə “Qardaşlaşmış şəhərlər Şuşa və Türküstan” adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə Şuşa və Türküstanın milli mədəniyyət və mətbəxlərinə aid nümunələr sərgilənib, adət ənənələrimiz təqdim olunub.
Birliyin sədri Ramilə Mustafayeva çıxış edərək belə təşəbbüslərin iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verdiyi töhfələrdən danışıb.
Tədbir konsert proqramı ilə yekunlaşıb.
20:32 03.04.2026
Oxunuş sayı: 41