Minifutbol üzrə Azərbaycan çempionatının qalibi açıqlandı
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
Crossmedia.az xəbər verir ki, final oyununda "Zirə" "Birbaşa Bakı" ilə üz-üzə gəlib.
Bakı Tennis Akademiyasındakı qarşılaşmada "Zirə" 4:1 hesablı qələbəyə sevinib.
Daha əvvəl "Aznur" üçüncü yer uğrunda görüşdə "Sumqayıt"ı üstələyib - 6:4.
Beləliklə, "Zirə" qızıl, "Birbaşa Bakı" gümüş, "Aznur" bürünc mükafata sahib çıxıb.
21:52 03.04.2026
Oxunuş sayı: 55