Azərbaycanda əmək miqrasiyası üzrə sazişlər hazırlanacaq
Azərbaycanda əmək miqrasiyası sahəsində ikitərəfli sazişlərin hazırlanması nəzərdə tutulur.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, eyni zamanda əməyin mühafizəsi sahəsində beynəlxalq standartlar əsasında yeni dövlət standartlarının təsdiq edilməsi planlaşdırılır. Bu prosesin cari ilin iyul ayına qədər yekunlaşdırılması gözlənilir.
Bundan başqa, işçilərin hüquqlarının qorunması məqsədilə "Əmək və məşğulluq" altsisteminin funksionallığının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Özünüməşğulluq proqramı çərçivəsində mövcud dəstək mexanizmlərinin təkmilləşdirilməsi və ya yeni mexanizmlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması da planlaşdırılır. Həmin tədbirlərin cari ilin sonuna qədər icrası nəzərdə tutulur.
Bütün tədbirlərin icrasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək.
11:52 31.03.2026
Oxunuş sayı: 50