Ayxan Abbasov: "Beynəlxalq turnirin qalibi olduğumuz üçün sevinirik"
Futbol üzrə Azərbaycan millisinin beynəlxalq turnirin qalibi olması sevindiricidir.
Crossmedia.az, bu barədə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.
Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına penaltilər seriyasında (əsas vaxt 1:1) qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb:
"Azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oludular. Rəqib futbolçular bizdən bir az gümrah idi. İlk hissədə bir az səhvlərimiz oldu. İkinci yarıda oyunçuların istəyi artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Bu qarşılaşma bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. UEFA Millətlər Liqası üçün hazır olmaq istəyirik".
A. Abbasov bildirib ki, bu gün zəif komanda yoxdur: "Təlim-məşq toplanışından maksimum istifadə etmək istərdik. Yeni oyunçular cəlb etmişdik. Yarışın xeyrini görəcəyik".
22:17 30.03.2026
Oxunuş sayı: 45