Azərbaycan Basketbol Liqasının XX turunda "Neftçi" qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında XX turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" NTD ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan qarşılaşma "ağ-qaralar"ın 93:83 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.
21:39 30.03.2026
Oxunuş sayı: 40