Paytaxtın bəzi rayonlarında yağışlar subasmaya səbəb oldu – FHN müdaxilə etdi
İntensiv yağışlar nəticəsində paytaxtın Binəqədi və Suraxanı rayonlarında fərdi yaşayış evlərinin həyətyanı sahələri su altında qalıb və vətəndaşlar köməksiz vəziyyətə düşüblər.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat verib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub. Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma səbəbindən evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla, ümumilikdə 9 vətəndaş təhlükəsiz ərazilərə təxliyə edilib və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
FHN vətəndaşları ehtiyatlı olmağa, su altında qalan sahələrə yaxınlaşmamağa çağırıb.
19:51 27.03.2026
Oxunuş sayı: 705