Azərbaycan – Sent Lüsiya matçının başlama vaxtı dəyişdi
Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.
Qeyd edək ki, matç saat 19:00-da başlamalı idi.
18:52 27.03.2026
Oxunuş sayı: 63